Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Pravda.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Həşimov Elçin Ləzgi oğlu
Mansurov Elşən Məmməd oğlu
Mansurov Malik Məmməd oğlu
“Əməkdar incəsənət xadimi”
Hüseynova Lalə Şirməmməd qızı