“Biz hədəfimizə çatmaq üçün güc toplamalı idik. Güc iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasaydı, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz indi iqtisadi cəhətdən müstəqil və güclüyük”.
İlham Əliyev: “Heç bir təzyiq məni amalımdan döndərə bilmədi”
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciəti zamanı deyib.
Prezident əlavə edib ki, heç bir təzyiq, təhdid onu amalımdan döndərə bilməyib.