Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ali Baş Komandan: “Biz mümkün olmayanı etdik”

1 183
Paylaş:
Ali Baş Komandan: “Biz mümkün olmayanı etdik”

“Müharibə dövründə mən əziz xalqımı müharibə ilə bağlı müntəzəm olaraq məlumatlandırırdım. Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi. Müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciəti zamanı deyib.

“Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu. Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq” – Dövlət başçısı qeyd edib.

Paylaş:

Ən son xəbərlər