Dekabrın 30-u Moskvada solo konsert verdiyi üçün qınaq obyektinə tuş gələn müğənni Şəbnəm Tovuzlu səssizliyini pozub.
Pravda.az xəbər verir ki, ifaçı onu tənqid edənlərə cavab verib.
"Mənim əzizlərim, mən atdığım hər addımı düşünərək atıram. Hər zaman vətənimə, xalqıma , əsgərimə, şəhidimə sayğılı olmuşam. Biz bu günlərdə həm sevinmişik, həm ağlamışıq. Unutmayın ki, mən burada Vətənimin bayrağını qaldıracam. Bu düşmənə bir dağdır və mən şəhidlərimizin 40 gününü gözlədim. Hazırda Ağdamda konsert veren sənətkarlarımız var. Bunları da bilməyən yoxdur. Kanallarımızda yolka qurulub, konsert verilir, açın gözünüzü yaxşı baxın. Bizləri qınamaqda birincisiniz. Amma hər zaman kasıbın da, xəstənin də yanında olub, əlini tutan biz ifaçılar olmuşuq. Oturub boş-boş danışmayın. Mən bilirəm nə edirəm.