"2020-ci il bütün dünyada olduğu kimi, bizim üçün də çox ağır bir il oldu. Amma bu çətinliklərə baxmayaraq, xalqımıza xidmət siyasətindən bir an geri çəkilmədik”.

Pravda.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya ilə Elazığ arasında yeni salınan Kömürxan körpüsünün açılışında bu fikirləri bildirib.

Ərdoğan deyib ki, 2020-ci ildə Türkiyə Azərbaycanda və Liviyda çox böyük uğurlar əldə edib.