Vətən müharibəsində düşməni vahiməyə salan hərbçilərimizdən biri də “Paşa” ləqəbli döyüçümüz, MAXE Allahşükür Qasımovdur. A.Qasımov hələ döyüşdə olarkən onun şəkilləri sosial şəbəkədə yayılaraq dillər əzbəri olmuşdu.
“2017-ci ildən Silahlı Qüvvələrimizdə MAXE kimi xidmət edirəm. Buna qədər 2009-cu ildə hərbi xidmətdən tərxis olunandan sonra mühafizəçi işləmişəm. Biz döyüşə əvvəldən hazırlaşırdıq. Amma bir həftə öncə daha ciddi hazırlığa başladıq. Könüllülər də bizə qoşuldu və təlimlərə cəlb olunduq. Sentyabrın 26-da isə döyüş üçün tam təmin olunduq və 27 sentyabrda bizə həyəcan siqnalı verib qaldırdılar. Cəbhəyə yola düşdük və yol boyu Azərbaycan xalqı bizi alqışlarla yola salırdı. Horadiz qəsəbəsinə gəldik və düşmən biz olduğumuz əraziyə 120-lik minaatandan 3-4 dəfə atdı. Qəlpə dəyməsi nəticəsində 3 şəhidimiz oldu və bir çox əsgər yoldaşlarımız isə yaralandı. Həmin axşamı isə biz Füzuli rayonu istiqamətində döyüşlərə başladıq. Düşmənin əvvəlcə qarşımızda şahmat şəkilində postları var idi, onları keçdik və daha sonra bunkerlərinə çıxdıq. Bunkerlərin yanında gözlədik və səhəri gün artilleriyamız bizə dəstək verdi və hücuma keçdik. Düşmən həmin istiqamətdə çox möhkəmləndiyi üçün oranı keçə bilmədik. Düşmənin bunkerlərini dağıtmaq olmurdu, çox möhkəm tikmişdilər. Oranı çox çətinliklə dağıdırdıq. Gecə vaxtı hücuma keçdiyimiz üçün düşmən fişəng atıb ərazini işıqlandırırdı.
Daha sonra Füzulinin Gecəgözlüm kəndi istiqamətində hücuma keçdik və bir neçə gün orda döyüşdük. Hətta orda ermənilər bizə hücuma da cəhd etdilər. Müşahidə etdik və gördük ki, düşmənin beş və daha sonra yeddi hərbçisi təxribata cəhd edir. Gözlədik bizə yaxınlaşan kimi onları yerində zərərsizləşdirdik. Səhəri gün düşmənin 400-500 hərbçisi bizə üç istiqamətdən hücuma keçdilər və onların da qarşısını aldıq. Daha sonra biz əks-hücuma keçdik və düşmən silah və texnikalarını qoyub qaçdı. Daha sonra Xocavəndin Zolağlı kəndi istiqamətində döyüşdə olduq. Döyüşlərdə çox qəhrəman oğullarımız şəhid oldular. Düşmən daha çox artilleriyadan və 120-lik minaatandan istifadə edirdi. Ermənilər minaatandan ən çox Füzuli istiqamətində istifadə etdi.
Paşa düşməni lərzəyə salmasından da danışıb və həmişə əsgərlərimizə dəstək olduğunu bildirib: