"Əkizlərimi uzun müddət idi ki, görmürdüm. Dörd gün öncə onlara sarılanda elə bildim ki, dünyanı mənə verdilər. Rəbbim heç bir ananı baladan ayırmasın, balalar valideynlərsiz yaşamasın. Çox çətindir".
Xoşqədəm: “Onlara sarılanda elə bildim ki, dünyanı mənə verdilər” - FOTO
Pravda.az xəbər verir ki, bu sözləri İnstaqram hesabında Xoşqədəm Hidayətqızı yazıb:
"Arın əlimdən tutub deyir ki, Bakıya getmə. Gecə belə yatanda əlimdən tutur ki, mən getsəm, əlimdən tutub, qoymasın. Onlarla keçirdiyim hər saniyə Allahımın mənə bəxş etdiyi ən böyük hədiyyəsidir. 2021-ci ildə bütün arzumuz həyata keçsin, sağlıq, hüzur, bütün insanların nəsibi olsun".