Abilitasiyanın məqsədi anadangəlmə və ya uşaqlığın erkən dövrlərində sağlamlıq imkanlarının məhdudlaşması ilə əlaqədar həyat fəaliyyətinin əsas kateqoriyalarından hər hansı biri və ya bir neçəsi üzrə bacarıqlara malik olmayan şəxslərə bu bacarıqların qismən və ya tam öyrədilməsi, onların mövcud potensialının düzgün dəyərləndirilərək cəmiyyətə fəal inteqrasiyasına təkan verilməsi, eləcə də cəmiyyətin həyatında tam və səmərəli iştirak etmək imkanlarının artırılmasıdır.
Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”nın təsdiq edilməsi barədə” qərarına verdiyi izahda qeyd edilib.
İzahda bildirilib ki, qaydalarda abilitasiya tədbirlərinin hazırlanması və həyata keçirilməsinə əks olunub.
Əlilliyi olan şəxsin əlilliyinin müəyyən edilməsi tarixindən 10 iş günü müddətində abilitasiya tədbirlərinin hazırlanması vaxtı həmçinin yeri müəyyən olunur və 2 iş günü ərzində tərtib edilir. Əlillyi olan şəxs abilitasiya tədbirlərinin hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır.