Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

YAP Siyasi Şurasının üzvü Tarif Şurasına müraciət etdi: "Qiymətləri aşağı salın"

1 165
Paylaş:
YAP Siyasi Şurasının üzvü Tarif Şurasına müraciət etdi:     "Qiymətləri aşağı salın"

“Tarif Şurasına təklif edirəm ki, pandemiyanı və karantini nəzərə alaraq vətəndaşların kommunal xərclərinin – su, işıq və qaz sərfiyyatınnın artmasını əldə əsas tutaraq müvəqqəti olaraq qiymətləri aşağı salsın. Bu, vətəndaşlara böyük kömək olardı”.

Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.

“Karantin dövründə insanlarımızın maddi durumu ağırlaşır, gəlirləri aşağı düşür, ehtiyac səbəti azalır . Çox hörmətli Tarif Şurası, bəlkə düşünəsiniz” – M.Musayev müraciət ünvanlayıb.

Paylaş:

Ən son xəbərlər