Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Yeni klinika tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində "COVID-19 vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi" adlı təlimlərə start verib.
Təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.