BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlə şərikli biznesi üzə çıxan deputatın namizədliyi qeydə alındı

Panamada Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə şərikli biznesi üzə çıxan millət vəkili Hüseynbala Mirələmovun deputatlığa namizədliyi qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, Hüseynbala Mirələmov namizədliyini 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürüb.

 

Xatırlatma: Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Ə. Qarayevlə H.Mirələmovun Panama Respublikasında şərikli biznesi üzə çıxıb. H.Mirələmovun direktoru və xəzinədarı (ispanca tesorero - şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir. Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

Fotoları təqdim edirik
Tarix: 4 Yanvar 2020, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin