Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Nazirlik Hirkan Milli Parkında baş verən yanğınla bağlı məlumat yaydı

1 197
Paylaş:
Nazirlik Hirkan Milli Parkında baş verən yanğınla bağlı məlumat yaydı

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: “Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

Paylaş:

Ən son xəbərlər