BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktor Mehriban Əliyevaya təşəkkür etdi

Trend İnformasiya Agentliyinin koronavirusdan sağalan baş redaktoru Rufiz Hafizoğlu səhhətini və müalicəsini xüsusi nəzarətə götürdüyünə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Rufiz Hafizoğlu "Facebook" hesabında paylaşım edib.

 

Paylaşımda deyilir:

 

"Ən çətin günlərdə insanın dəstəyə, qayğıya və diqqətə ehtiyacı olur. Həyatımın bu ağır dönəmində koronavirusdan sağalıb normal həyata qayıtmağım üçün göstərdiyi diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm.

 

Xəstəxanada qaldığım müddət ərzində ən böyük istəyim yenidən evimdə, ailəmin yanında olmaq idi. İndi isə mən yenidən evimdə, ailəmin yanındayam. Göstərdiyi diqqətə görə həm öz, həm də ailəm adından Mehriban xanıma hədsiz minnətdarlığımızı bildiririk".

Tarix: 14 Yanvar 2021, 22:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin