Yanvarın 18-də Bakıda 6 şirkətin könüllü ləğv edildiyi elan edilib. Onlar bu və ya digər şəkildə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə biznesi ilə əlaqəlidir.
Pravda.az xəbər verir ki, məlumata görə, kreditorlar “Auto EUİ Azerbaijan” MMC, “Azqazservis” MMC, “Prof Trade Service” MMC, “Auto Gas Service” MMC, “Quintessentally Baku” MMC və “CSRQ” MMC-nin ləğvi ilə bağlı məlumatlandırılıb.