BURADA REKLAMINIZ OLA
BİLƏR

500 manatlıq əskinasla bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı" tədavülə buraxılmayıb, sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Pravda.az-ın məlumatına görə, bu barədə AMB-in yaydığı məlumatda bildirilir.

 

Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

 

AMB vətəndaşları bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarına dair məlumatları AMB-in və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırır.

Tarix: 22 Yanvar 2021, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin