Sumqayıtdan Bakıya qeyri qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir. Sərnişinlər iddia edir ki, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyatı qurumlarla bərabər sərnişinlərdə iştirak edə bilərlər. Dövlət Avtomobili Nəqliyyat Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.
Bakı-Sumqayıt üzrə həm qeyri qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.
Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.