Fransanın Tibb Akademiyası ictimai nəqliyyatın sərnişinlərinə koronavirusa yoluxma riskini artırmamaq üçün söhbət etməkdən, o cümlədən telefonla danışmaqdan çəkinməyi məsləhət görüb.
Pravda.az xəbər verir ki, müvafiq tövsiyə akademiyanın saytında yayılıb.
Qeyd edilir ki, sosial məsafəyə riayət etməyin mümkün olmadığı ictimai nəqliyyatdan istifadə vaxtı tibbi maskadan istifadə, əlavə olaraq smartfondan istifadədən imtina mütləqdir, həmçinin bütovlükdə danışıqlardan çəkinmək lazımdır.