2020-ci ildə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması nəzərdə tutulur.
Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, artıq bununla bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir. Park şəhərin mərkəzi hissələrində olacaq.