BURADA REKLAMINIZ OLA
BİLƏR

İctimaiyyət nümayəndələri Anar Məmmədovla bağlı bəyanat yaydılar

Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı təzyiqlərlə bağlı vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıblar.

 

Pravda.az xəbər verir ki, hazırda baş redaktor Anar Məmmədov həbs təhlükəsi ilə üzləşib. Criminal.az saytında Məlahət MMC-nin rəhbəri, "Lombard N1”in sahibi Məlahət Qurbanova ilə sabiq sosial müdafiə naziri Fizuli Ələkbərov arasında olan məhkəmə davası haqda material dərc edilib. Həmin məqalədə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması və  şəxsi peşəsinə uyğun olaraq ‘’Lombard Məlahət’’ kimi təqdim olunub. M.Qurbanova lombard ayamasını özü üçün təhqir və böhtan hesab edərək xüsusi ittiham qaydaşında məhkəməyə şikayət edib. M.Qurnabova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatlar yayıb. Saytın redaksiyasının yerləşdiyi və baş redaktorun qeydiyyatda olduğu paytaxt Bakıda məhkəmə bu iddianı icraata götürməsə də,  Ağdam rayon Məhkəməsinin hakim Mahir Niftəliyev xüsusi ittihamı icraata qəbul edərək, Anar Məmmədovu təqsirləndirilən şəxs elan edib. Yanvarın 7-ə məhkəmə baxışı təyin olunub.

 

Bir daha xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilin martında A.Məmmədovu  5,6 il şərti azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə ittiham edilib. Bundan sonra isə ölkə daxilində“Criminal.az” saytına girişə məhdudiyyət qoyulub.

 

Onu da qeyd edək ki, Ağdam rayon Məhkəməsinin A.Məmmədov barəsində xüsusi ittihamla bağlı çıxaracağı bəraət hökmündən başqa istənilən qərarı A.Məmmədovun 5 il 6 ay şərti cəzasını həbslə əvəz edəcək.

 

Biz vətəndaş cəmiyyəti olaraq bu məhkəmə işini A.Məmmədova qarşı təzyiqlərin davamı kimi qiymətləndiririk və müstəqil mediaya basqı sayır, müstəqil KİV-i təmsil edən A.Məmmədova qarşı təzyiqlərin dayandırılmasını tələb edirik.

 

İmzalayanlar:

 

Şahvələd Çobanoğlu, jurnalist

 

Samir Kazımlı, hüquq müdafiəçisi

 

Nazim Bəydəmirli, iqtisadçı-alim

 

Xədicə İsmayıl, araşdırmaçı-jurnalist

 

Ərəstun Oruclu, politoloq

 

Şəbnəm Karslı, yazar

 

Rauf Mirqədirov, jurnalist

 

Ələsgər Əhmədoğlu, hüquqşünas

 

İlham İsmayıl , təhlükəsizlik məsələləri üzrə ekspert

 

Pərviz Həşimli, jurnalist

 

Elçin Məmməd, hüquq müdafiəçisi

 

Vasif Qurbanzadə, Qarabağ Hərəkatının başqanı

 

Natiq Cavadlı, jurnalist

 

Samir Vəliyev, təşkilatçı

 

Elşən Balaxanski, jurnalist

 

Cavad Cavadov, vəkil

 

Şəmşad Ağa - jurnalist

 

Samir Zeynalov, ictimai vəkil

 

İbrahim Cəfərov, müəllim

 

Rövşən Hacıbəyli, jurnalist

 

Xalid Ağaliyev, media hüquqçusu

 

Cavanşir Həsənli, jurnalist

 

Şəhriyar Məhərrəmov, incəsənət adamı

 

Nəzakət Zeynallı,  FrauFam - Qadın və ailəlrin inteqrasiyası cəmiyyətinin sədri

 

Sevinc Vaqifqızı, müstəqil jurnalist

 

Xatırlatma: Bundan öncə dəfələrlə hüquq mühafizə orqanlarının qanunsuz sorğulamaları və hədələri ilə üzləşən, həmçinin sübut olunmayan əsaslarla 5 il 6 ay şərti həbs cəzası alan Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenidən təzyiqlərlə üz-üzədir. Aydın görünür ki, müstəqil saytın fəaliyyəti hakimiyyət dairələrini narahat edir və müxtəlif basqılarla onun fəaliyyətini dayandırmaq istəyirlər.

Tarix: 6 Yanvar 2020, 23:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin