Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsinin Nizami küçəsində, 166 nömrəli tam orta məktəbin qarşısında qəssabxana fəaliyyət göstərir.
Lökbatanda məktəbin qarşısında qəssabxana – FOTOLAR
Bu barədə Pravda.az-a sakinlərdən şikayət məktubu daxil olub.
Bildirilib ki, məktəbin yaxınlığında qəssabxananın olması yolveriməzdir: “İri və xırdabuynuzlu heyvanları açıq şəraitdə kəsirlər. Bu yoldan da məktəbin şagirdləri istifadə edir. Uşaqların gözünün qarşısında bunu etmək nə dərəcədə düzgündür. Şikayət də edirik, nəzərə alan yoxdur. Bir müddət öncə, qəssabxananın fəaliyyəti dayandırılmışdı. Amma sonra yenə fəaliyyətini davam etdirdi. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də, rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılova da müraciət ünvanlamışıq. Amma nəticəsi yoxdur. Dövlət qurumları məsələyə bu cür yanaşırlarsa, bəs biz dərdimizi kimə deyək?!”