BURADA REKLAMINIZ OLA
BİLƏR

Navalnının qardaşı da həbs edildi

Rusiyada həbsdə olan müxalif bloqqer Aleksey Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobol və xüsusi həkimi Anastasiya Vasilyeva həbs olunub.

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici casus” siyahısına daxil edilən Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov açıqlama verib. O, sosial şəbəkədəki açıqlamasında polisin Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobolu və Həkimlər Birliyi Həmkarlar İttifaqının rəhbəri Anastasiya Vasilyevayı 48 saat müddətinə həbs etdiyini bildirib.

Həmçinin qeyd olunub ki, Navalnının paytaxt Moskvadakı mənzilində və qurduğu Antikorrupsiya Fondunun ofisində sanitariya və epidemioloji qaydaların pozulması səbəbi ilə polis tərəfindən axtarış aparılıb.

Tarix: 28 Yanvar 2021, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin