Xəbər verdiyimiz kimi, yanvarın 31-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıq batıb və iki nəfər itkin düşüb. Bu gün itkin düşənlərdən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Pravda.az-ın məlumatına görə, Ramin Sadıxbəyli Vətən müharibəsi iştirakçısı olub. O, döyüşə Səfərbərlik xidmətinin çağırışı ilə yollanıb. Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Sadıxbəyli, yanvarın əvvəlində tərxis olunaraq evə qayıdıb.