Bakıda ev alqı-satqısı ofisində quldurluq edilib.
Pravda.az-ın xəbərinə görə, hadisə yanvarın 7-də saat 18 radələrində, paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1968-ci il təvəllüdlü V.Nəbiyev ev alqı-satqısı ofisində olan zaman 1954-cü il təvəllüdlü Ə.Məmmədov tərəfindən bıçaqla hədələnərək 500 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirilib.