BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə kriminal avtoritetlər tutuldu

Gəncədə daha bir kriminal avtoritet saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

 

Bəhram Səmədovun digər əlaqələri barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix: 8 Yanvar 2020, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin