Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Şəhid əsgərin əmisi: “Canımızdan can gedib”

1 156
Paylaş:
Şəhid əsgərin əmisi: “Canımızdan can gedib”

“Bu barədə danışmaq ağırdır. İgid idi, mərd idi, vətənini sevən idi. Elə ona görə də Vətənə qurban getdi”.

Pravda.az-ın xəbərinə görə, bu sözləri şəhid Fərzalının əmisi İbrahim Fərzalıyev deyib.

O bildirib ki, bir əsgərin şəhidlikdən böyük arzusu olmur: “Danışmaq mənə çətindir. Nişanlı idi, toyu olacaqdı. Amma qismət... Onun şəhid olması barədə xəbəri qardaşına verdilər. O da hamımıza bildirdi. Canımızdan can gedib. Yenə də Vətən sağ olsun”.

 Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.Modern.az

Paylaş:

Ən son xəbərlər