Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Bəxtiyar Hacıyev DSK sədrini “divara dirədi” – “İmza vərəqələrini niyə götürmürsünüz?” - VİDEO

1 323
Paylaş:
Bəxtiyar Hacıyev DSK sədrini “divara dirədi” –     “İmza vərəqələrini niyə götürmürsünüz?” - VİDEO

İctimai fəal, deputatlığa iddialı Bəxtiyar Hacıyevlə 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının sədri Cahangir Məmmədov arasında mübahisə düşüb.

Pravda.az-ın xəbərinə görə, buna səbəb DSK sədrinin B.Hacıyevin təqdim etdiyi imza vərəqələrini götürməməsi olub.

B.Hacıyev C.Məmmədovun bu addımını qanunsuz adlandırıb.

O, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Qeyd: Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində 29 saylı Səbail seçki dairəsi dairəsindən Aytən Hüseynovanın namizədliyini irəli sürüb. Həmin seçki dairəsindən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai də deputatlığa iddialıdır.

Paylaş:

Ən son xəbərlər