Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb.
Pravda.az xəbərinə görə, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.
Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Ölən şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub.