Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Pravda.az-ın xəbərinə görə, hadisə Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu evdə dayısı oğlu ilə mübahisə edib. Nəticədə o ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.APA
Bakıda gənc dayısı oğlu tərəfindən qətlə yetirildi