Türkiyədə Gülhanə xəstəxanasının həkimi Ümit Savaşçı koronavirus keçirənlərdə uzun müddət davam edən simptomlarla bağlı danışıb.
Həkim bu barədə DHA-ya açıqlamasında ən çox şikayətlərin dad və iy bilməsinin itirilməsi ilə əlaqədar olduğunu deyib.
O bildirib ki, belə xəstələr iybilmənin geri qaytarılması üçün gündə 3-4 dəfə qəhvə qoxlayırlar.
Mütəxəssisin sözlərinə görə, koronavirusu ağır keçirən kişilərdə daimi sonsuzluğun yaranması sübut olunub.