BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamil Musəviyə qarşı etiraz – Salyanda nə baş verir? - VİDEO

Qarabağ qazilərinin deputatlığa namizədliyini irəli sürmüş Kamil Musaviyə qarşı etirazları davam etməkdədir. Onlar bu dəfə sosial şəbəkə vasitəsilə öz etirazlarını nümayiş etdiriblər.

 

Pravda.az-ın xəbərinə görə, həmin etiraz mətnində deyilir: "Biz Yanvarın 7 si bir qrup Qarabağ qazisinin iştirakı ilə 60 saylı Salyan Neftçala seçki dairəsindən deputatlığa namizədliyini vermiş Kamil Musəviyə etirazımızı bildirmiş və bunu sosial şəbəkədə yaymışdıq. Ondan bir az sonra Kamil Musəvi açıqlama verərək guya onun Qarabağlı kəndindən qovulmadığını bildirmişdi. Bu tamamilə yanlışdır. Qarabağ qaziləri də Demokrat.az saytından bu xəbəri oxuduqdan onlar fikirlərini bir daha bildirməyi zəruri hesab etdiər. Sonda bir daha Kamil Musəvinin 60 saylı Salyan Neftçala seçki dairəsinin ərazisinə qəti şəkildə buraxmayacaqları barədə qərara gəlməklərini video çarx vasitəsilə ifadə etdilər. Həmin video çarxı olduğu kimi sizə təqdim edirik."

 

Tarix: 9 Yanvar 2020, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin