Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Soçidəki görüş altı saatlıq danışıqdan sonra başa çatıb.
Pravda.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti danışıqlar zamanı iki ölkə arasındakı əməkdaşlığın həm regional səviyyədə, həm də müxtəlif səviyyələrdə tələb olunduğunu qeyd edib. Putin Rusiyanın Belarus üçün ən böyük ticarət tərəfdaşı olaraq qaldığını deyib.