Bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Qurultayı keçirildi və Partiya daxilində mühüm dəyişikliklər baş verdi. Ən böyük dəyişikliklərdən biri də YAP-ın İdarə Heyətindən Ramiz Mehdiyev, Əli Həsənov və digərlərinin çıxarılması oldu.
YAP-dakı dəyişikliklərlə bağlı fikirlərini bölüşən sabiq deputat Gülər Əhmədova sualımızı belə cavablandırıb: “Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dediyi bir fikirlə sualınızı cavablandırıram. Cənab Prezident demişdir: “Mən nəyin nə vaxt olacağını, necə edəcəyimi bilirəm”. Bu arada keçmiş YAP İdarə Heyətinin üzvlərinə bol səbr, sağlam can və yaradıcılıq uğurları arzulayıram.