Rusiya ordusunun hərbçiləri Ermənistanın Azərbaycan sərhəd ərazilərinə gəlib.
Pravda.az xəbər verir ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Qazaxla sərhəddə yerləşən İcevan şəhərində görüntüləniblər. Onların yerli bazarda və İcevandakı Ermənistan ordusunun alayına baş çəkdikləri xəbər verilir.