Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın Bakıda səfərdə olması barədə iddialarla bağlı açıqlama yayıb.
Pravda.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, açıqlamada Sarkisyanın Bakıya səfəri barədə məlumatlar təkzib olunub:
“Bəzi KİV orqanlarında guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”.