COVID-19 əleyhinə effektiv vaksinlərin istehsalı məqsədilə yaradılmış “COVAX” təsisatına Azərbaycan Respublikası öhdəlikli satınalma müqaviləsi ilə qoşulub. Müqavilə üzrə Azərbaycan əhalisinin 10 faiz hissəsinin vaksinasiyası üçün çoxtərəfli formatla vaksinlərin əldə edilməsi razılaşdırılıb.
Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.