BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Bağırov deputatlara "Millət vəkili" deyilməsinə etiraz etdi

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Milli Məclis deputatlarına "Millət vəkili" deyilməsinə etiraz edib.


Pravda.az-ın xəbərinə görə, A.Bağırov deyib ki, Azərbaycanda vəkillər müddətsiz seçilir,
vəkillər insanların hüquq və azadlıqlarını peşəkarcasına müdafiə edirlər.


"Ona görə də qanunvericiliyə görə istisnasız və müstəsna olaraq yalnız və yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil adlanır, bu müqəddəs ad yalnız onlara aiddir. Heç kim inciməsin, ancaq əsl vəkillərin kimliyi qanunla müəyyən olunub. Parlamentin seçilən üzvləri qanunla deputat adlanırlar, onlara dair qanunvericilikdə vəkil sözü işlədilmir və bunu hər kəs dərk etməlidir" - A.Bağırov qeyd edib.

Tarix: 13 Yanvar 2020, 00:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin