Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Vaksin qanı laxtalandırır?

1 343
Paylaş:
Vaksin qanı laxtalandırır?

COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübut yoxdur.

Bu barədə Avropa Dərman Agentliyinin rəhbəri Emer Kooki bildirib.

“Agentlik hələ də “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında göstərdiyi faydaların, onun yan təsirlərindən çox olduğuna qətiyyətlə əmindir”, - deyə o qeyd edib.

Avropa Dərman Agentliyinin rəhbəri vurğulayıb ki, peyvənd vurulandan sonra qanda laxtalanmanın yaranmasına dair iddialar araşdırılır və martın 18-də araşdırmanın nəticələri təqdim olunacaq.

Qeyd edək ki, Almaniya, Fransa və İtaliya da daxil olmaqla, bəzi ölkələr sağlamlıq təhlükəsi ilə əlaqədar “AstraZeneca”nın istifadəsini dayandırıb.

Paylaş:

Ən son xəbərlər