Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Müdafiə nazirinin müavini müşavirə keçirdi

1 024
Paylaş:
Müdafiə nazirinin müavini müşavirə keçirdi

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.

Paylaş:

Ən son xəbərlər