FETÖ ittihamı ilə həbs edilən və bu günlərdə barəsində şərti həbs qərarı verilməklə azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali Air” şirkətinə məxsus anqar satılıb. Anqarda işləyənlər isə işsiz qalıb.
Bu haqda “Airport Haber” portalı bildirir. Məlumatda deyilir ki, “Palmali Air” şirkətinin İstanbul Atatürk aerportundakı anqarı Mahmut Sami Çil adlı “digər azərbaycanlı iş adamına” satılıb. Anqarda işləyənlərin isə aeroport ərazisinə giriş kartları ləğv edilib. Onların yerinə yeni heyət gətirilib. Lakin əvvəlki işçilər rəsmən işdən çıxarılmadığı üçün onlara təzminat ödənilməyib. Şirkətin işçilərə əmək haqqı borcunun da qaldığı bildirilir.