Ukraynada ötən gün 15 053 nəfərdə COVID-19 aşkarlanıb. Bu, ölkədə cari ilin rekordudur.
Pravda.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov feysbukda məlumat yayıb.
Məlumata görə, son sutkada 4 376 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirilib, 267 nəfər vəfat edib, 6 514 nəfər isə sağalıb.
Bildirilib ki, ən çox yoluxma halları Kiyev şəhəri (1 092), Jitomor (1 398), Lvov (1 092), Odessa (997) və Xmelnik (800) vilayətlərində qeydə alınıb.