Bakıda 39 nömrəli məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva koronavirusdan dünyasını dəyişib.
Bakıda müəllim koronavirusdan vəfat etdi
Bu barədə məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəbimizin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu xəstəliyin qurbanı olub: "Bütün kollektiv adından müəllimənin yaxınlarına baş sağlığı verir,onlara səbr diləyirik. Nur içində yat, əziz Təranə müəllimə! Xatirən həmişə sevdiklərinin, şagirdlərinin qəlbində yaşayacaq! Allah rəhmət eləsin!", -deyə məlumatda qeyd olunub.