Martın 19-dan etibarən Gürcüstanda restoranlarda canlı musiqinin ifasına icazə veriləcək.
Pravda.az xəbər verir ki, bu barədə qərar Gürücüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qəbul edilib.

Qərara əsasən, aprelin 1-dən uşaq əyləncə mərkəzləri və kinoteatrlar fəaliyyətlərini bərpa edəcəklər.
Şuranın digər qərarı ilə martın 28-də Gürcüstan və İspaniyanın milli futbol komandaları arasında keçiriləcək matça tamaşaçılar buraxılacaq. Azarkeşlər epidemioloji təhlükəsizliklə bağlı bütün qayda və tələblərə əməl etməli olacaqlar. Stadiona tamaşaçıların 30 %-i buraxılacaq.
Report