“Biz, ən əziz, yaxın, doğma insanlarımızı Vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrik. Güman edirəm ki, sizə, mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız vardır”.
Pravda.az-ın xəbərinə görə, bunu şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alıyeva KİV nümayəndələrinə ünvanladığı müraciətdə bildirib.
“Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə Şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz.