Bu gün Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında İslam partiyasının sədr müavini Rufulla Axundzadə və “Nardaran hadisələri”nə görə həbs edilənlər də var.
Pravda.az xəbər verir ki, R.Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilib.
“Nardaran hadisələri” ilə bağlı müxtəlif qruplar üzrə həbs edilərək azadlıqdan məhrum edilən 31 nəfər azadlığa buraxılıb. Həmin şəxslərin adlarını təqdim edirik:
1. Sahil Rzayev
2. Niftəli Vəliyev
3. Fərhad Balayev
4. İbrahim Xudaverdiyev
5. Aqil İsmayılov
6. Etibar İsmayılov
7. Abbas Quliyev
8. Əli Nuriyev
9. Abbas Tağızadə
10. Əlibaba Vəliyev
11. Ramin Yarıyev
12. Bəhruz Əsgərov
13. Zaкir Mustafayev