BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəzi qızlar elə bilirlər ki, gedib hansısa icra başçısının oğlu ilə görüşəcəklər...”

Vaxt var idi efirlərdə 5-10 nəfər eyni adamlar idi ancaq. Eyni söhbətlər, eyni adamlar - biri tapşırıqla, kiminin saxladığı, kiminin sponsorluq elədiyi. Amma indi əvvəlki kimi monopoliya deyil.

 

Pravda.az-ın xəbərinə görə, bunu meyxanaçı Aqşin Fateh növbəti dəfə qonağı olduğu "Hər şey daxil"də aparıcı Tarix Əliyevlə (Tolik) söhbəti zamanı deyib.

 

Meyxanaçının sözlərini Tolik narazılıqla qarşılayıb:

 

"Yox, monopoliya deyil. Bizdə tapşırıqla söz keçmir. Mən kanalım adından da danışıram.

 

Bu gün bir qızın sevgilisi var, Rusiyada 3 dənə dükanı var və ya hansısa məmurun oğludur, mənə yığır ki, "Tolik, salam. Mən filankəsəm e. Bu xanım mənim yanımdadır. Onu efirə çağırmaq olar?" Deyirəm "Allah atanın canını sağ eləsin. Mənə nə var atandan? Yox, çağırmaq olmaz. Sən onu atanın yanında işə götürə bilərsən? - Yox, bizə də bura olmaz!" Yəni, bu gün bəzi qızlar elə bilirlər ki, gedib hansısa icra hakiminin oğlu ilə görüşəcəklər, "uçaskovu"nun oğlu ilə görüşəcəklər, ya da hansısa məmurun oğlu ilə görüşərək müğənnilik sevdasına düşsələr, kanallar sizə qucaq açacaq, yox! Biz heç sizin güvəndiyiniz adamın sözü ilə hərəkət etmirik, o ki qalsın görüşdüyünüz oğlanlar. Ona görə belə şeylərə aldanıb gedib məmur övladları ilə görüşməyə meyilli olmayın".Milli.az

Tarix: 13 Yanvar 2020, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin