Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin builki Novruz tonqalını məhz işğaldan azad edilmiş Şuşada alovlandırmasını diqqqət mərkəzində saxlayır.
Bununla bağlı bir sıra nüfuzlu KİV öz efirində süjetlər yayımlayıb, saytlarında xəbərlər və sosial şəbəkə hesablarında məlumatlar paylaşıb.
Türkiyənin “Haber Global” media şirkəti də Azərbaycan Prezidentinin ailəsilə birlikdə Şuşada Novruz bayramını qeyd etməsi ilə bağlı süjet hazırlayıb.