Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Netanyahunun partiyası İsraildə parlament seçkilərində qalib gəldi

1 218
Paylaş:
Netanyahunun partiyası İsraildə parlament seçkilərində qalib gəldi

İsrailin baş naziri Binyamin Netanyahunun rəhbəri olduğu "Likud" Partiyası ölkədə çərşənbə axşamı Knessetə (parlament) keçirilmiş seçkilərdə qalib gəlib və 120 yerdən 31-ni əldə edə bilər.

Pravda.az xəbər verir ki, bunu ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri göstərir.

Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 00:00) bağlanmasından sonra açıqlanıb.

Qeyd edilir ki, seçkilərin nəticələrindən sonra parlamentdə ikinci yeri 18 deputat mandatI ilə müxalifətçi Yair Lapidin “Eş Atid” tuta bilər.

Paylaş:

Ən son xəbərlər