Avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb. Görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.