"Azərbaycanda daşınmaz əmlakın sığortalanması ilə bağlı maarifləndirmə və marketinq işlərinə hökumətlə yanaşı, yerli icra hakimiyyəti orqanları da qoşulmalıdır. Çünki, sığorta hadisələri daha çox rayon yerlərində, kəndlərdə baş verir".
Elman Rüstəmov: “Daşınmaz əmlakın sığortalanması ilə bağlı görüləsi işlər çoxdur"
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.
"Biz bu işi çox ciddi təşkil etməliyik. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun 2011-ci ildən qüvvədə olsa da, görüləsi işlər hələ çoxdur" - qeyd edib.