Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov nəvəsiylə birlikdə yeni mahnı yazıb.
“Turkmenportal” resursunun məlumatına görə, musiqi parçası “Mənim ağ şəhərim - Aşxabad” adlanır.
Mahnının sözlərinin müəllifi dövlət başçısı özüdür. Onun musiqisini isə nəvəsi Kərim Berdımuhəmmədov bəstələyib. Mahnı prezidentin Aşxabad adlı atının dünyaya gəlməsi münasibətilə yazılıb.